Dünya əhalisinin təxminən 3,6 faizi doğulduğu ölkədən və ya bölgədən kənarda yaşamalı olur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.
Miqrasiyaya əsas səbəb kimi, müharibələr, dondurulmuş münaqişələr, sosial bərabərsizlik, qlobal istiləşmə və ekoloji fəlakətlər göstərilib.