"Dünya birliyi Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etməlidir" - MÜRACİƏT

"Dünya birliyi Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etməlidir" - MÜRACİƏT
14.08.2023 16:14
Aa
dəq

"Biz tələb edirik ki, dünya birliyi Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etsin".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) beynəlxalq ictimaiyyətə ünvanladılğı müraciətində əksini tapıb.

"30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan əhalisinin ümidi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın digər bölgələri ilə quru əlaqəsinin yaradılması, regionda kommunikasiyaların açılmasıdır. Zəngəzur dəhlizi açılmalı, blokada aradan qaldırılmalıdır. Necə ola bilər ki, Azərbaycan hökuməti Qarabağda yaşayan erməni sakinlər üçün Laçın yolu ilə kommunikasiya imkanları yaradır, üstəlik Ağdam-Xankəndi yolunu da təklif edir, ancaq Ermənistan Naxçıvan əhalisinin hətta humanitar əsasda belə Azərbaycanın digər hissəsinə keçməsinə şərait yaratmır. Biz tələb edirik ki, dünya birliyi Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etsin!

Biz tez-tez humanitar əsasda Beynəlxalq Qırmızı Xaç Komitəsinin Laçın yolu ilə daşımalar həyata keçirdiyini müşahidə edirik. Beynəlxalq Qırmızı Xaç Komitəsinə də çağırış edirik ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanı təmin etsin", - müraciətdə qeyd edilib.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu