Operativ Məlumat Mərkəzi

Dünən axtarışda olan 53 nəfər saxlanılıb

1 dəq
Paylaş:
Dünən axtarışda olan 53 nəfər saxlanılıb
Bayram günündə cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat...

Bayram günündə cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən, ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilib ki, narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər