Operativ Məlumat Mərkəzi

Dumanlı hava davam edəcək

2 dəq
Paylaş:
Dumanlı hava   davam edəcək
bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Qeyd edib ki, dumanlı hava şəraitinə səbəb Xəzər dənizindən...

Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti martın 2 -si səhərədək fasilələrlə müşahidə olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Qeyd edib ki, dumanlı hava şəraitinə səbəb
Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkət etməsidir.

"Belə ki, yüksək təzyiq sahəsində yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir. Gecə saatlarında da temperaturun nisbətən aşağı olması, yer səthində və yuxarı hündürlüklərdə az sürətli cənub-şərq küləklərinin üstünlüyü dumanın əmələ gəlməsinə səbəb olub.”

Bu xəbəri paylaş

Oxşar xəbərlər