Əsas məzmuna keç

Dubay hava limanında uçuşlar bərpa olundu: Rəsmi açıqlama

Dubay hava limanında uçuşlar bərpa olundu: Rəsmi açıqlama

Əmirlik rəsmiləri PUA zərbəsi və yanacaq çənindəki yanğından sonra uçuşların qismən başladığını elan etdi. Mülki Aviasiya İdarəsinin son qərarı ilə tanış olun.

ru en

Dubay gecə baş verən dron hücumundan sonra bəzi uçuşları tədricən bərpa edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hakimiyyəti hesablarında məlumat yayıb.

Paylaşımda bildirilib ki, Aviasiya İdarəsi ehtiyat tədbiri olaraq tətbiq edilən müvəqqəti dayandırmadan sonra Dubay Hava Limanından seçilmiş istiqamətlərə bəzi uçuşların bərpa olunduğunu elan edib.

Qeyd edilib ki, dünən gecə Dubay hökuməti beynəlxalq hava limanı yaxınlığında pilotsuz uçuş aparatının hücumu nəticəsində yanacaq çənlərindən birinə zərər dəydiyini açıqlayıb. Hadisə yerində yanğın baş verib.

İlkin məlumatlara görə, insident nəticəsində xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar olaraq Dubay Beynəlxalq Hava Limanı bir müddət təyyarələrin qəbulunu və yola salınmasını dayandırmışdı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…