Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dubay hava limanında uçuşlar bərpa olundu: Rəsmi açıqlama

1 dəq
Paylaş:
Dubay hava limanında uçuşlar bərpa olundu: Rəsmi açıqlama

Dubay gecə baş verən dron hücumundan sonra bəzi uçuşları tədricən bərpa edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hakimiyyəti hesablarında məlumat yayıb.

Paylaşımda bildirilib ki, Aviasiya İdarəsi ehtiyat tədbiri olaraq tətbiq edilən müvəqqəti dayandırmadan sonra Dubay Hava Limanından seçilmiş istiqamətlərə bəzi uçuşların bərpa olunduğunu elan edib.

Qeyd edilib ki, dünən gecə Dubay hökuməti beynəlxalq hava limanı yaxınlığında pilotsuz uçuş aparatının hücumu nəticəsində yanacaq çənlərindən birinə zərər dəydiyini açıqlayıb. Hadisə yerində yanğın baş verib.

İlkin məlumatlara görə, insident nəticəsində xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar olaraq Dubay Beynəlxalq Hava Limanı bir müddət təyyarələrin qəbulunu və yola salınmasını dayandırmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax