Əsas məzmuna keç

DSMF-nin büdcə layihəsi III oxunuşdan keçdi

DSMF-nin büdcə layihəsi III oxunuşdan keçdi

bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsində öz...

Gələn il üçün DSMF-nin büdcəsinin gəlir və xərcləri 7 676 420 000,0 manat məbləğində proqnozlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə “Dövlət fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bu, 2024-cü illə müqayisədə 726 560 000 manat, yaxud 10,45 faizdən çoxdur.

Layihəyə əsasən, gələn il DSMF-nin xərclərinin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlirləri - 7 617 400 000,0 manat;

- Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən - 59 020 000,0 manat.

Fondun 2025-ci il üçün məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərinin həcminin 5997,40 . manat və ya gəlirlərin 78,73 faizi qədər təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2024-cü ilin təsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə 519,26 mln. manat və ya 9,48 faiz çoxdur.

Qanun layihəsi səsverməyə üçüncü oxunuşda qəbul edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…