İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Beyrut–Səidə magistral yolunda üç nəqliyyat vasitəsini hədəf alıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumatı səhiyyə qurumları yayıb.
Hücum nəticəsində 8 nəfər həyatını itirib. Daha əvvəl 4 nəfərin öldüyü barədə məlumat yayılmışdı.
Məlumata əsasən, zərbələr Livan paytaxtı Beyrutdan təxminən 25 kilometr cənubda yerləşən Ciyah şəhəri yaxınlığında iki avtomobili, daha sonra isə Saadiyat bölgəsində daha bir nəqliyyat vasitəsini hədəfə alıb.
Bildirilir ki, ölən 8 nəfərin hamısının şiə təşkilatı Hizbullahın üzvləri olduğu ehtimal edilir. Onların döyüşlərin davam etdiyi cənub bölgələrinə doğru hərəkət etdiyi qeyd olunur.