Qırmızı dənizdəki Yanbu liman şəhərinin sənaye zonasında yerləşən "Samref" neft emalı zavodunun yaxınlığında pilotsuz təyyarə qəzaya uğrayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda səlahiyyətlilər dəymiş ziyanın miqyasını qiymətləndirirlər.
Daha əvvəl Yanbu limanı üzərində ballistik raketin ələ keçirildiyi bildirilmişdi.
"Samref" neft emalı zavodu "Saudi Aramco" və neft nəhəngi "ExxonMobil"in törəmə şirkəti olan "Mobil Yanbu Refining Company Inc."ə məxsusdur.