Dövlət Xidmətinin nümayəndə heyəti Çində işgüzar səfərdədir

Dövlət Xidmətinin nümayəndə heyəti Çində işgüzar səfərdədir
02.04.2024 10:10
Aa
dəq

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çində işgüzar səfərdədir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti bulud həlləri üzrə dünya liderlərindən olan "Alibaba Cloud" şirkətinin Hanqjou şəhərində yerləşən baş ofisində olub, şirkətin prezidenti Selina Yuanla görüş keçirib. Görüşdə şirkətin mütəxəssisləri bulud həllərinin tətbiq olunduğu müxtəlif istiqamətlər, bu sahədə informasiya təhlükəsizliyi, məlumatların saxlanması, verilənlər bazası, süni intellekt həlləri, eləcə də maye soyutmalı məlumat mərkəzlərinin qurulması təcrübəsi haqqında ətraflı məlumat verib.

"Gartner" analitik şirkətinin məlumatına görə, "Alibaba Cloud" Çində və Asiya-Sakit okean regionunda ən böyük bulud hesablama şirkətidir. Belə ki, şirkət dünya üzrə 24-dən çox regionda və 74 əlçatanlıq zonasında məlumat mərkəzlərini idarə etməklə geniş müştəri spektrinə, o cümlədən dövlət qurumları, bütün ölçülərdə onlayn bizneslər və iri müəssisələrə bulud hesablama xidmətləri göstərir.

Həftənin ən çox oxunanları

“Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb

“Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb
DAVAMIN OXU davamın oxu

XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edib

XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

“Google”dan rəsmi proqramlarla bağlı yenilik
DAVAMIN OXU davamın oxu

Natəvan Həsənova: Lider qadınlara sərmayə qoymaq və gender bərabərliyini dəstəkləmək vacibdir

Natəvan Həsənova: Lider qadınlara sərmayə qoymaq və gender bərabərliyini dəstəkləmək vacibdir
DAVAMIN OXU davamın oxu

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib
DAVAMIN OXU davamın oxu