Operativ Məlumat Mərkəzi

Dövlət Xidməti bayram günlərində də sahibkarlara xidmət göstərəcək

1 dəq
Paylaş:
Dövlət Xidməti bayram günlərində də sahibkarlara xidmət göstərəcək
bu barədə Dövlət Xidmətinin sahibkarlıq subyektlərinə müraciətində bildirilir. Məqsəd ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə...

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, eləcə də onun tabeliyində fəaliyyət göstərən "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC qarşıdan gələn bayram günlərində (27, 29 və 30 iyun tarixlərində) sahibkarlara xidmət göstərəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Xidmətinin sahibkarlıq subyektlərinə müraciətində bildirilir.

Məqsəd ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq, malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsidir. Qeyd edilən tarixlərdə sahibkarlar iş günlərində olduğu kimi xidmətlərdən yararlanmaq üçün Dövlət Xidmətinə və onun regional bölmələrinə müraciət edə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər