Əsas məzmuna keç

Dövlət qulluqçularının maaş əlavələri ləğv edilir

Dövlət qulluqçularının maaş əlavələri ləğv edilir

"Dövlət qulluğu haqqında" qanuna dəyişikliklə staj və hakimiyyət səlahiyyətinə görə ödənişlər ixtisar edilir. Büdcə hesabına verilən bonuslarla bağlı yeni qərar...

en ru

Dövlət qulluqçularının əməkhaqqına bir sıra əlavələrin ləğv edilməsi gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, "Dövlət qulluğu haqqında" qanuna və digər qanunvericilik aktlarına təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət qulluğu sistemində nəzərdə tutulan dəyişikliklərdən biri kimi dövlət qulluqçularının əməkhaqqına bir sıra əlavələrin ləğv edilməsi gözlənilir.

Bu əlavələrə staja, səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına əlavələr daxildir.

Qeyd edək ki, staja görə əlavələr staj dövründən asılı olaraq vəzifə maaşının 5-30 faizi aralığında verilən əlavədir.

Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə isə müəyyən olunmuş dövlət qulluğu vəzifələri üzrə aylıq vəzifə maaşının 15 faizi həcmində verilən əlavədir.

Nəzərdə tutulan bu dəyişikliklər dövlət qulluğunda əməkhaqqı sisteminin daha təkmil, optimal və balanslı şəkildə qurulmasına, həmin sistemin sabit və vahid strukturunun formalaşmasına yönəlib.

Əlavə edək ki, qanuna təklif edilən dəyişikliklərdə dövlət qulluğunda mükafat sisteminin ləğv olunması da nəzərdə tutulur.

Layihəyə əsasən, dövlət qulluğunda çalışanlara dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur.

Kalkulyator

Maaşınızdan əlinizə nə qədər çatacağını hesablayın: gross və net, 2026 vergiləri ilə.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…