Dövlət qulluğuna keçirilicək imtahanın tarixi açıqlandı

Dövlət qulluğuna keçirilicək imtahanın tarixi açıqlandı
17.02.2023 10:21
Aa
dəq

Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü ildə keçiriləcək dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanlarının qrafiki elan olunub.

Bu barədə  "Operativ Məlumat Mərkəzi - OMM"-yə DİM-dən məlumat verilib.

Bildirlib ki, bövlət qulluqçularının DİM-ə daxil olan müraciətləri nəzərə alınaraq Mərkəz tərəfindən martın 18-də daha bir imtahanın keçirilməsi qərara alınıb. İmtahana qeydiyyat tarixləri barədə yaxın günlərdə məlumat veriləcək.

Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxslər 2023-cü ildə keçiriləcək imtahanların qrafiki ilə tanış olmalı və sertifikatlarının bitmə tarixindən asılı olaraq imtahanlarda iştirak etməlidirlər. Verilən imtahan qrafikinə əlavə dəyişiklik nəzərdə tutulmur.

Xatırladaq ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanında aşağıdakı şəxslər iştirak edə bilərlər:

- Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş,inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.

Həftənin ən çox oxunanları

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək
DAVAMIN OXU davamın oxu

Geomaqnit qasırğası bu vaxtadək davam edəcək

Geomaqnit qasırğası bu vaxtadək davam edəcək
DAVAMIN OXU davamın oxu

Bu ərazi işıqsız qalacaq - XƏBƏRDARLIQ!

Bu ərazi işıqsız qalacaq - XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu