Əsas məzmuna keç

"Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin reqlamenti açıqlandı

"Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin reqlamenti açıqlandı

reqlamentə əsasən müsabiqəyə layihələrin qəbulu 15 aprel - 12 iyun 2025-ci il tarixləri ərzində http://arka.culture.az saytı vasitəsilə həyata...

Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Agentliyi tərəfindən elan olunmuş 2025-ci il üzrə “Dövlət ilə ediləcək layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, reqlamentə əsasən müsabiqəyə layihələrin qəbulu 15 aprel - 12 iyun 2025-ci il tarixləri ərzində http://arka.culture.az saytı vasitəsilə həyata keçiriləcəkdir.

Müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər hüquqi şəxslər iştirak edə bilər.

3 mərhələdən ibarət olacaq müsabiqənin nəticələrinin 2 Avqust – Azərbaycan Kinosu Günündə elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, kino sənayesinin və bu sahədə özəl sektorun dəstəklənməsi, müvafiq sahədə fəaliyyət göstərən hüquqi şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…