ABŞ və İsrailin İrana qarşı əməliyyatları Avropada siyasi böhrana səbəb ola bilər
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müşaviri Duqlas MakQreqor yutub platformasında açıqlama verib.
Bildirilib ki, MakQreqor ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ciddi qlobal nəticələr doğura biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Tehran Fars körfəzinin qərb sahilində yerləşən obyektlərin böyük hissəsini məhv edə biləcəyini açıq şəkildə bəyan edib ki, bu da dünya miqyasında ciddi narahatlıq yaradır.
Ekspert qeyd edib ki, artıq qaz və neftin nəqli ilə bağlı problemlər yaranıb və bu vəziyyət xüsusilə Qərbi Avropa ölkələrinə ciddi təsir göstərir. Onun fikrincə, yaşıl enerjiyə üstünlük verən bu ölkələr hazırkı şəraitdə çətin vəziyyətə düşüblər.
MakQreqor bildirib ki, mövcud vəziyyət fonunda yaxın gələcəkdə Qərbi Avropada hökumətlərin devrilməsi ilə nəticələnə biləcək ciddi siyasi dəyişikliklər baş verə bilər.
O əlavə edib ki, gübrə istehsalında istifadə olunan komponentlərin əhəmiyyətli hissəsi Fars körfəzindən idxal olunur. Bu səbəbdən enerji və xammal təchizatında yaranan problemlər Qərb ölkələrində vəziyyəti daha da ağırlaşdırır.
Ekspertin sözlərinə görə, Böyük Britaniyada yaxın iki həftə ərzində reaktiv yanacaq və qaz ehtiyatlarının tükənməsi ehtimalı da mövcuddur.