Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp ABŞ Ali Məhkəməsinin qərarına etiraz etdi

2 dəq
Paylaş:
Tramp ABŞ Ali Məhkəməsinin qərarına etiraz etdi

ABŞ Prezidenti bəzi idxal məhdudiyyətlərinin qanunsuz olması barədə Ali Məhkəmənin çıxardığı qərara sərt reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağ Ev rəhbəri bu qərardan istifadə edərək ticarət üstünlüyü qazanmaq dövlətləri yeni və daha ağır iqtisadi sanksiyalarla hədələyib.

Xatırladaq ki, fevralın 20-də Tramp tərəfindən tətbiq edilən idxal rüsumlarının əsaslandığı fövqəladə iqtisadi səlahiyyətlər haqqında qanunun bu cür addımlara icazə vermədiyini təsdiqləyib.

bu qərarı "biyabırçı" adlandıraraq, ehtiyat planının olduğunu bəyan edib.

"Ali Məhkəmənin bu gülünc qərarı ilə "oynamaq" istəyən istənilən ölkə daha ağır nəticələrlə üzləşəcək. Xüsusilə uzun illər boyu ABŞ-ni iqtisadi cəhətdən istismar edən dövlətlər üçün rüsumlar əvvəlki razılaşmalardan qat-qat yüksək olacaq. İstehlakçılar ehtiyatlı olmalıdırlar".

Qeyd edək ki, Donald Tramp administrasiyası yerli istehsalı qorumaq məqsədilə bir çox xarici məhsullara qarşı proteksionist siyasət yürütməkdə davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax