2026-cı il dünya çempionatının yekunları açıqlanarkən, ABŞ Prezidenti Donald Trampın turnirdəki fəal iştirakı geniş müzakirələrə səbəb olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ilk dəfə üç ölkənin birgə ev sahibliyi etdiyi mundial zamanı Trampın həm təşkilati proseslərdə, həm də bəzi qərarlarla bağlı çıxışları diqqət çəkib.
Məlumata görə, Tramp 2025-ci ilin dekabrında FİFA prezidenti Canni İnfantinonun təqdim etdiyi ilk "FİFA Sülh Mükafatı"na layiq görülüb. Bu qərar futbol ictimaiyyətində müxtəlif reaksiyalar doğurub və mükafatın verilməsi ilə bağlı mübahisələrə səbəb olub.
Bundan başqa, turnir zamanı ABŞ millisinin hücumçusu Folarin Baloqunun diskvalifikasiyasının sonradan şərti cəzaya çevrilməsi də geniş müzakirə olunub. Bildirilir ki, bu qərardan əvvəl Trampın Canni İnfantino ilə telefon danışığı apardığı iddia edilir. FIFA isə qərarın intizam qaydalarına uyğun qəbul edildiyini açıqlayıb.
Final qarşılaşmasında stadionda olan Tramp mükafatlandırma mərasimində də diqqət mərkəzində olub. O, FİFA rəhbərliyi ilə birlikdə kubokun təqdimatında iştirak edib və həmin anlar sosial şəbəkələrdə geniş müzakirə edilib.