ABŞ Prezidenti Donald Tramp Konqresdəki illik "State of Union" müraciəti zamanı ölkənin hərbi dominantlığının bərpa edildiyini və dünyanın amerikalılar üçün artıq daha təhlükəsiz olduğunu bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, prezident xaricdəki vətəndaşların təhlükəsizliyinin təmin olunmasını xüsusi vurğulayıb.
Dövlət başçısı çıxışında qlobal münaqişələrə toxunaraq, Ermənistan və Azərbaycan arasındakı problemin həllindən də danışıb.
"İlk 10 ayımda da daxil olmaqla səkkiz müharibəyə son qoydum. Bunlar Kamboca və Tayland, Pakistan və Hindistan, Kosovo və Serbiya, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan, eləcə də Konqo və Ruanda arasında müharibələrdir", - deyə Tramp bildirib.
Bundan əlavə, Tramp qeyd edib ki, onun Qəzza Sülh Planı qalan bütün girovların azad edilməsini təmin edib: "Regional təhlükəsizlik və rifah üçün Sülh Şurası yaradılıb və bu da Yaxın Şərqdə davamlı sabitliyin yolunu açıb".