İyulun 25-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Təhsil İnstitunun İnsan Resurları Mərkəzindən məlumat verilib. Bildirilib ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.