Operativ Məlumat Mərkəzi

DİN: Ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub

1 dəq
Paylaş:
DİN: Ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
İyunun 7-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər...

İyunun 7-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarılan 99 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər