Əsas məzmuna keç

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib

DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın və qurucusu, Ümummilli Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsində Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı nəticəsində paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib.

Tədbirdə hər iki qurumun rəhbər şəxsləri, əməkdaşları və nazirliyin hərbi qulluqçuları iştirak ediblər.

Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə yerli iqlimə uyğun olaraq minə yaxın Eldar əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…