Əsas məzmuna keç

DİN: Bakıda yanğın baş verən ərazi mühafizəyə götürülüb

DİN: Bakıda yanğın baş verən ərazi mühafizəyə götürülüb

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb...

Bakı şəhəri, Binəqədi rayonu, Ziya prospektində yerləşən materialları bazarında baş vermiş yanğınla bağlı əraziyə əməkdaşları cəlb olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in xidmətindən bildirilib.

Bütün zəruri tədbirlər görülür, mühafizəyə götürülüb.

Daha əvvəl FHN-də bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

TƏBİB-dən isə bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.

Xəsarət alan yoxdur.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…