Deputat: "Həm turizim, həm iqtisadi, həm də idmana marağın artırılması baxımından Formula 1 çox əhəmiyyətlidir"

Deputat: "Həm turizim, həm iqtisadi, həm də idmana marağın artırılması baxımından Formula 1 çox əhəmiyyətlidir"
25.04.2023 18:35
Aa
dəq

"28-30 aprel tarixlərində Formula 1 Azərbaycan qranprisinin Bakıda keçirilməsi böyük əhəmiyyətə malikdir. Təbii ki, ölkədə keçirilən hər bir yarış ilk növbədə həmin ölkənin inkişafında və həmin ölkənin idmana olan münasibətindən xəbər verir. Bildiyiniz kimi, müstəqillik illərində aparılan uğurlu siyasətin göstəricisindən biri məhz, Azərbaycanımızın dünyada idman ölkəsi kimi təsdiqlənməsidir. Beynəlxalq idman təşkilatları və qurumları Azərbaycanda mötəbər və nüfuzlu idman yarışlarının və tədbirlərinin keçirilməsinə maraqlıdırlar".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova qeyd edib ki, Azərbaycan çox yüksək səviyyədə böyük təşkilatçılıq ilə bu tədbirlərə ev sahibliyi edir. Buna çox misal çəkmək olar. Formula 1 avtoyürüşlərin 7-ci dəfə məhz, Azərbaycanda keçirilməsi bir daha ölkəmizə olan etimadı, inamı təsdiqləyir. Beynəlxalq idman federrasiyası məhz bu yarışın Azərbaycanda keçirilməsini böyük maraq göstərir.

Formula 1-in Azərbaycanda keçirilməsinin önəmindən danışan Sevinc Hüseynova bildirib ki, yarış gənclərimizdə də bu idman növünə həvəsi artırır, digər tərəfdən əyləncəli bir tədbir olaraq tamaşaçıların asudə vaxtının səmərəli təşkilinə şərait yaradır. Yarışı izləyən xarici qonaqlar isə ölkəmizə valyuta gətirir, yəni iqtisadi baxımdan da faydası var.

"Yarış izlənilən zaman istər televizya, istər internet resursları vasitəsilə, həmçinin də yarışın təşkil olunduğu möhtəşəm Bakı şəhərimiz izlənilir. Bu da Bakının turizm imkanlarının, ümumiyyətlə ölkəmizin turizim imkanının təbliğidir ki, gələcəkdə bu ölkəyə turistlər maraq göstərsin, səyahətə gəlsinlər. Yarışı izləməyə gələnlərdə gələcəkdə bu ölkəyə geri dönməyə maraq yaradır, çünki ölkəmizin qonaqpərvərliyi və burada hökm sürən tolerant abu-hava gələni bir daha bura gəlməyə sövq edir. Həm turizim, həm iqtisadi, həm də idmana marağın artırılması baxımından bu yarış çox əhəmiyyətlidir".

Aygün İsmayılova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu