Operativ Məlumat Mərkəzi

Kamran Əliyev Bəhreyndə işgüzar səfərdə olub

4 dəq
Paylaş:
Kamran Əliyev Bəhreyndə işgüzar səfərdə olub

Respublikasının baş prokuroru Kamran Əliyevin başçılıq etdiyi Dövlətinin Baş prokuroru Ali bin Fadhel Al Buainainin dəvəti ilə yanvarın 24–26-da Manama şəhərində səfərdə olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Bəhreyn Dövlət Prokurorluğunda keçirilən görüşdə Kamran Əliyev bildirib ki, Bəhreyn Krallığı Azərbaycan üçün dost və tərəfdaş ölkədir.

O vurğulayıb ki, Bəhreyn uzun illərdir müxtəlif platformalarda Azərbaycanın siyasi təşəbbüslərini, xüsusilə ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir.

Qeyd olunub ki, son illərdə dövlət başçılarının siyasi iradəsi nəticəsində ikitərəfli münasibətlər daha da möhkəmlənib.

Bəhreynin Baş prokuroru Ali bin Fadhel Al Buainain isə qurumlararası əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib və Azərbaycana etdiyi əvvəlki səfərlərin onda müsbət təəssürat yaratdığını bildirib.

Görüş zamanı 2024-cü ilin oktyabrında iki ölkənin prokurorluq orqanları arasında imzalanmış Anlaşma Memorandumuna toxunulub. Cinayətkarlığın müxtəlif növlərinə qarşı mübarizə, ekstradisiya, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, eləcə də hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyəti Bəhreyn Dövlət Prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olub. Ailə və uşaq hüquqlarının müdafiəsi, alternativ cəzaların tətbiqi, cəzaların icrasına prokuror nəzarəti, mülki işlərdə dövlət maraqlarının qorunması və məhkumların sosial reabilitasiyası sahəsində Bəhreyn təcrübəsi barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Bəhreyn Krallığının Kassasiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının vitse-prezidenti Şeyx Xalid Ali Al Xalifa ilə də görüş keçirib. Görüşdə hüquq sistemləri arasında davamlı və səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb, qarşılıqlı hüquqi dəstək və təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.

Bundan əlavə, nümayəndə heyəti Bəhreyn Krallığının ədliyyə, islam işləri və vəqf naziri Navaf Mohamed Al Maavd ilə görüşüb. Görüş zamanı hüquq-mühafizə orqanları daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilib, qurumlararası əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi məsələləri müzakirə olunub.

Səfər proqramına uyğun olaraq nümayəndə heyəti Bəhreynin mədəni-tarixi abidələrini də ziyarət edib, ölkənin tarixi və mədəni irsi ilə yaxından tanış olub. İşgüzar səfər başa çatıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax