Əsas məzmuna keç

Debbi qasırğası sel və daşqınlara səbəb olub

Debbi qasırğası sel və daşqınlara səbəb olub

qasırğa tamamilə zəifləsə də, bir sıra yerlərdə daşqınlara səbəb olub. Siklon daha əvvəl Floridada dağıntılar törədib, pis hava şəraiti 8 nəfərin ölümünə...

Amerikanın Nyu-York, və digər bir sıra ştatları Debi tropik qasırğasının təsirir altına düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, qasırğa tamamilə zəifləsə də, bir sıra yerlərdə daşqınlara səbəb olub.

Siklon daha əvvəl Floridada dağıntılar törədib, pis 8 nəfərin ölümünə səbəb olub.

Nyu-Yorkda, əsasən, ətraf bölgələr suların əsarətində təcrid vəziyyətinə düşüblər. Yolları bağlanan əhali təxliyəsi olunur. Nyu-Yorkun bəzi bölgələlərində torpaq sürüşmələri də baş verib. Körpülərin qırılması, yollarda ağacların qırılması nəqliyyatın hərəkətini dayandırıb.

Bundan başqa, daşqınlar elektrik şəbəkələrinə zərər vurub, 150 mindən çox sakin işıqsız qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…