Operativ Məlumat Mərkəzi

"Daşnaksütyun" partiyasının gənclər qanadının üzvü həbs edilib

1 dəq
Paylaş:
"Daşnaksütyun" partiyasının gənclər qanadının üzvü həbs edilib

"Daşnaksütyun" partiyasının gənclər qanadının üzvü Andranik Çamiçyan iki ay müddətinə həbs edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan məlumat verib.

Həbs-qətimkan tədbirinin seçilməsi haqqında qərarı Açapnyak inzibati rayonunun birinci instansiya məhkəməsi qəbul edib.

Daha əvvəl bildirilmişdi ki, A.Çamiçyan terror aktının hazırlanmasında ittiham olunur.

İyulun 10-da səhər saatlarında "Daşnaksütyun"un bir neçə üzvünün evində axtarışlar aparılıb. Nəticədə 7 nəfər saxlanılıb və İstintaq Komitəsinə aparılıb. Onların adları terror aktlarının hazırlanması və silahların, döyüş sursatlarının və partlayıcı maddələrin qanunsuz dövriyyəsi ilə bağlı işdə keçir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər