Operativ Məlumat Mərkəzi

Daşkəsəndə 23 yaşlı oğlanı sel aparıb

1 dəq
Paylaş:
Daşkəsəndə 23 yaşlı oğlanı sel aparıb
Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu gün axşam saatlarında Daşkəsənə yağan leysan...

Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu gün axşam saatlarında Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər