Özbəkistan Qazaxıstan vətəndaşlarının ölkəyə şəxsiyyət vəsiqəsi ilə daxil olmasına icazə verməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Özbəkistan”a istinadən xəbər verir ki, prezidentin sərəncamına əsasən, Xarici İşlər Nazirliyinə üç ay ərzində Qazaxıstan tərəfi ilə danışıqlara başlamaq tapşırılıb.
Bundan əlavə, Rusiya və Azərbaycanla analoji təşəbbüslər üzrə danışıqların aparılması prioritet istiqamətlər sırasında qeyd olunub.
Beləliklə, Daşkənd regionun bir sıra ölkələri ilə sərhəd-keçid rejimini sadələşdirmək niyyətindədir ki, bu da turizmin, işgüzar əlaqələrin və humanitar əlaqələrin artmasına töhfə verə bilər.