Danimarka və Qrenlandiya hökumətləri ABŞ Dövlət Departamentindən dövlət katibi Marko Rubio ilə təcili görüş təşkil etməsini istəyiblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər veir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər ABŞ-nin Qrenlandiya ilə bağlı vacib açıqlamalarını müzakirə edəcəklər.
Həmçinin qeyd olunub ki, Danimarka və Qrenlandiya dəfələrlə 2025-ci ildə xarici işlər nazirləri səviyyəsində görüş tələb etsələr də, Rubio Qrenlandiya hökuməti ilə görüşə bilməyib.
Ağ Ev daha əvvəl BBC-yə bildirib ki, ABŞ prezidenti Donald Tramp Qrenlandiyanı ələ keçirmək üçün hərbi güc tətbiqi də daxil olmaqla bir sıra variantları nəzərdən keçirir.