Millətlər Liqasının qrup mərhələsinin dördüncü turunda Danimarka yığması Uelsi 1:0 hesabı ilə məğlub edib. A Liqası çərçivəsində keçirilən görüş Kardiff şəhərindəki “Kardiff Siti” stadionunda baş tutub.
Matçın taleyini 75-ci dəqiqədə vurulan penalti qolu həll edib. Danimarkalı hücumçu Rasmus Højlund zərbəni dəqiq yerinə yetirib.
B Liqasında isə İrlandiya və İsrail milliləri 1:1 hesablı heç-heçə ilə kifayətləniblər. Serbiyadakı “TSC Arena”da keçirilən görüşdə İrlandiyanın hücumçusu Troy Parrott 39-cu dəqiqədə penaltini qola çevirib.
İsrail yarımmüdafiəçisi Dor Perets 47-ci dəqiqədə hesabı bərabərləşdirib.