Daha bir ölkə İstanbuldakı konsulluğunu bağladı

Daha bir ölkə İstanbuldakı konsulluğunu bağladı
02.02.2023 15:50
Aa
dəq

Fransanın İstanbuldakı Baş Konsulluğu işləri dayandırıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu, oxşar addım atan beşinci ölkədir.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu cümə axşamı ABŞ-ın terror aktları təhlükəsi ilə bağlı bəyanatları fonunda bir sıra Avropa ölkələrinin İstanbuldakı konsulluqlarını bağlamasını ölkəyə qarşı “psixoloji müharibə” adlandırıb.

"Fransanın İstanbuldakı Baş Konsulluğu 2 fevral və 3 fevral tarixlərində ictimaiyyət üçün bağlıdır. İnzibati məsələlərlə bağlı bizimlə elektron poçtla əlaqə saxlaya bilərsiniz", - konsulluq bəyan edib.

Bundan əvvəl İsveç, Niderland, Böyük Britaniya və Almaniyanın İstanbuldakı baş konsulluqları şəhərin mərkəzində terror aktları təhlükəsi səbəbindən ziyarətçilərin qəbulunu dayandırdıqlarını bildirib.

ABŞ səfirliyi bazar ertəsi öz vətəndaşlarına İstanbulun mərkəzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib. Hədəflərin İstanbuldakı kilsələr, sinaqoqlar, diplomatik nümayəndəliklər və ya əcnəbilər arasında məşhur olan digər yerlər, xüsusən də İstanbulun Beyoğlu, Qalata, Taksim, İstiqlal küçəsi olduğu bildirilib.

Həftənin ən çox oxunanları

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib

Rusiya Paşinyanın Ermənistanda “hakimiyyəti qəsb etməyə” cəhdi ilə bağlı ittihamlara cavab verib
DAVAMIN OXU davamın oxu

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb

Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbərlərindən birini öldürüb
DAVAMIN OXU davamın oxu

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək

Moskva hava limanlarında əcnəbilərdən barmaq izi götürüləcək
DAVAMIN OXU davamın oxu

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
DAVAMIN OXU davamın oxu

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb

İran prezidenti Livandakı peycer partlayışlarını Qərb üçün biabırçılıq adlandırıb
DAVAMIN OXU davamın oxu