Dağıstanda 4,1 bal gücündə zəlzələ baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında dərc olunub.
Analitiklərin fikrincə, zəlzələnin episentri Maqaramkənd rayonu olsa da, yeraltı təkanları evləri Dərbənddən 43 kilometr aralıda olan rayon sakinləri də hiss ediblər.