Dağıstanın Aqul rayonunda 4,6 maqnitudada zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Aqul rayonu ərazisində saat 08:47-də, Yarkuq yaşayış məntəqəsindən 14 km aralıda, 16 km dərinlikdə 4,6 maqnitudalı zəlzələ baş verib.
Məlumata görə, yeraltı təkanları Rutul və Xiv rayonlarının sakinləri hiss edib.