Operativ Məlumat Mərkəzi

Dağıstanda törədilən terror aktlarında ölən və yaralananların sayı artıb

1 dəq
Paylaş:
Dağıstanda törədilən terror aktlarında ölən və yaralananların sayı artıb
bu barədə kanal 112 məlumat yayıb. Ölənlər arasında 15 polis əməkdaşı da var. Bundan əlavə, 5 mülki şəxs terrorçuların qurbanı olub. Kanalın mənbələri...

Dağıstanda törədilən terror aktları nəticəsində həyatını itirənlərin sayı 25 nəfərə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə kanal 112 məlumat yayıb.

Ölənlər arasında 15 polis əməkdaşı da var. Bundan əlavə, 5 mülki şəxs terrorçuların qurbanı olub.

Kanalın mənbələri qeyd edib ki, daha 5 nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib. Yaralı polislərdən ikisinin vəziyyəti son dərəcə ağırdır. Digər 13 zərərçəkənin vəziyyəti isə orta-ağır olaraq qalır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər