Məşhur aktyor Corc Kluni və müğənni Ledi Qaqa ABŞ prezidenti Co Baydenin mədəniyyət və incəsənət üzrə yeni məsləhətçiləri arasında olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamada Baydenin prezidentin mədəniyyət və incəsənət siyasəti ilə bağlı məsləhətlər verən İncəsənət və Humanitar Elmlər Komitəsinə təyin etdiyi yeni adlar açıqlanıb.
Buna uyğun olaraq, məşhur prodüser Bruce Cohen və məşhur müğənni Ledi Qaqanın həmsədrlik edəcəyi komitənin tərkibinə aktyor Corc Kluni, aktrisa Cennifer Qarner və musiqiçi Con Batiste kimi ulduz adlar daxildir.
Komitəyə təyin olunan digər adlar aşağıdakılardır:
“Konstance M. Carroll, Philip J. Deloria, M. Angelica Garcia, Nora Halpern, Steve Israel, Marta Kauffman, Ricky Kirshner, Troy Kotsur, Katie McGrath, Laura Penn, Amanda Phingbodhipakkiya, Arnold Rampersad, Shonda Rhimes, Kimberly Richter Shirley Horacio Sierra, Anna Deavere Smith, Joe Walsh, Kerry Washington, Pauline Yu".