Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29 ideyalarının yerli auditoriyaya çatdırılmasında aktiv iştirak edəcək jurnalistlər üçün “COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda təlim keçirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təlimdə beynəlxalq ekspert Ayşə Özgə Kəpənək Bozkırlıoğlu, ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunum (İDD) Enerji və Dayanıqlı İnkişaf Proqramının Baş Elmi İşçisi Əhməd Hümbətov, İnkişaf və Diplomatiya İnstitutunda (İDD) enerji və ekoloji siyasət, yaşıl enerji və iqlim dəyişikliyi, davamlı inkişaf və su ehtiyatlarının idarə edilməsi üzrə ixtisaslaşmış Baş Elmi işçisi Həcər Hüseynova və media nümayəndələri iştirak edirlər.