Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kolumbiyadakı zəlzələnin vurduğu ziyan 9,5 milyard dollar qiymətləndirilir

2 dəq
Paylaş:
Kolumbiyadakı zəlzələnin vurduğu ziyan 9,5 milyard dollar qiymətləndirilir

Kolumbiyada baş verən güclü zəlzələnin fəsadları ağır olaraq qalır. nəticəsində ölənlərin sayı 289 nəfərə çatıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Prezidenti De la Espriella xalqa müraciətində ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib və baş verən itkinin heç bir sözlə ifadə edilə bilməyəcəyini bildirib.

Rəsmi məlumatlara görə, nəticəsində 4 min 187 nəfər yaralanıb, 143 nəfər isə itkin düşüb. Təbii fəlakət 15 əyalət və 450 bələdiyyəni əhatə edib. Ölkə ərazisinin üçdə birinə ciddi ziyan dəyib.

Məlumata əsasən, 120 mindən çox ailə zərərçəkən kimi qeydiyyata alınıb. 26 mindən çox ev tamamilə dağılıb, 127 mindən artıq yaşayış binası isə yararsız vəziyyətə düşüb.

İlkin qiymətləndirmələrə əsasən, zəlzələnin birbaşa maddi zərərin təxminən 30 trilyon Kolumbiya pesosu, yəni 9,5 milyard dollar olduğu bildirilir.

Hazırda bölgələrdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. De la Espriella sağ qalanların tapılması üçün bütün imkanların səfərbər edildiyini açıqlayıb.

Bərpa işlərinin koordinasiyası məqsədilə hökumət tərəfindən “Mucize Fondu” (Fondo Milagro) yaradılıb. Fondun fəaliyyətində 1999-cu ildə baş vermiş zəlzələdən sonra tətbiq olunan təcrübədən istifadə ediləcəyi bildirilib.

Hökumət zəlzələ nəticəsində evsiz qalan vətəndaşlara kirayə yardımı göstərməyi, kommunal xidmətlər üzrə güzəştlər tətbiq etməyi və yeni mənzillərlə təminat proqramlarını həyata keçirməyi planlaşdırır.

Kolumbiya Prezidenti həmçinin özəl sektoru və maliyyə qurumlarını zəlzələdən zərərçəkənlərin bərpası prosesinə dəstək verməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax