Çinin cənubundakı Quandun əyalətində təsirli olan “Talim” qasırğası səbəbindən 230 minə yaxın insan evlərindən təxliyə edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, küləyin sürətinin saatda 140 kilometrə qədər artdığı tayfun səbəbindən yüzlərlə təyyarə və qatar ləğv edilib.
Sakinlərə sahil zolağından uzaq durmaq barədə xəbərdarlıq edilib.
Vyetnamda Talim qasırğasından ən çox təsirlənəcəyi gözlənilən bölgələrdən 30 minə yaxın insan təxliyə edilib.