Operativ Məlumat Mərkəzi

Çində mövsümi yağışlar daşqınalara səbəb oldu

1 dəq
Paylaş:
Çində mövsümi yağışlar daşqınalara səbəb oldu
pis hava şəraiti ilə əlaqədar 3 nəfər itkin düşüb. Əsasən, Anhoy vilayəti sakinləri daşqınlardan əziyyət çəkib. Meteoroloqlar bu bölgəyə 3 saat ərzində...

Çində aramsız yağan mövsümi yağışlar daşqın və torpaq sürüşmələrinə səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" Çin mediyasına istinadən xəbər verir ki, pis hava şəraiti ilə əlaqədar 3 nəfər itkin düşüb.

Əsasən, Anhoy vilayəti sakinləri daşqınlardan əziyyət çəkib. Meteoroloqlar bu bölgəyə 3 saat ərzində 100 millimetrdən çox yağıntı düşdüyünü bildiriblər.

Bir neçə bölgədə insanlar daşqınlar nəticəsində zərər görüb. Xilasedicilər zərər çəkənləri təxliyə etmək üçün səfərbər olunublar.

Sel, eyni zamanda, təsərrüfat sahələrini də zərər vurub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər