Çinin şimalındakı Şansi əyalətində bir binada baş verən yanğında 26 nəfərin öldüyü bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çinin "Sinxua" xəbər agentliyi məlumat yayıb.
Lulianq şəhərindəki binada baş verən yanğının yerli vaxtla saat 07:00-da başladığı bildirilib. Binadan təxliyə edilən 70 nəfərdən 63-ü xəstəxanaya yerləşdirilib. Bu şəxslərdən 38-nin yaralandığı qeyd olub.
Yanğının başvermə səbəbi məlum deyil.
Çində bir binada baş verən yanğında 26 nəfər ölüb
1 dəq