Operativ Məlumat Mərkəzi

Çində baş verən sel fəlakəti onlarla insanın həyatına son qoyub

2 dəq
Paylaş:
Çində baş verən sel fəlakəti onlarla insanın həyatına son qoyub
{"az":"təbii fəlakət nəticəsində yüzlərlə insan yaralanıb, evlər və maşınlar yararsız hala düşüb.  Ərazinin sakinlərini şişmə qayıqlarla çətinliklə xilas etmək...","en":"","ru":""}

Çinin cənubundakı 127 milyon əhalisi olan Quanqdonq əyalətində baş verən sel fəlakəti onlarla insanın həyatına son qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində yüzlərlə insan yaralanıb, evlər və maşınlar yararsız hala düşüb.

Ərazinin sakinlərini şişmə qayıqlarla çətinliklə xilas etmək mümkün olub. Əyalətin Meyju şəhərindən 10 min insan təxliyə edilib. 130 min evin elektrik enerjisi kəsilib. 700 hektardan çox tarla və minlərlə heyvan tələf olub.

Ən böyük insan itkisi Pingyuan qraflığında qeydə alınıb. Təbii fəlakət nəticəsində ümumilikdə 2247 ev dağılıb, təxminən 356 kilometr yol, körpü və kənd təsərrüfatı sahələrinə böyük ziyan dəyib.

Bildirilib ki, maddi ziyan təqribən 822 milyon ABŞ dolları təşkil edib. Hazırda sözügedən əyalətlərdə xilasetmə və yardım işləri davam edir.

Çin hakimiyyəti ölkənin şərqindəki Anhoy əyalətində güclü yağışlar səbəbindən ümumilikdə 200 min sakini təxliyə edib.

Məlumata görə, fəlakət zonasında 800 mindən çox insan var. Vəziyyət Avrasiyanın ən uzun və ən bol sulu çayı olan Yanszıda suyun səviyyəsinin kəskin artması ilə ağırlaşır. Patrul və bəndlərin möhkəmləndirilməsi üçün təxminən 26 min nəfəri səfərbər edilib.

Çin Milli Hava Mərkəzi ölkənin cənub və şimalında yerləşən bəzi bölgələrlə bağlı əhaliyə xüsusi xəbərdarlıq edib. Çinin mərkəzi, eləcə də sahilyanı əyalətlərdə dolu və şiddətli tufan gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər