Çinin mərkəzində yerləşən Şansi əyalətində avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi 14 nəfərin ölümü, 37 nəfərin yaralanması ilə nəticələnib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Xinhua" bildirib.
Qeyd olunub ki, sürücü naməlum səbəblərdən 51 nəfərin olduğu avtobusu tunelin divarına çırpıb.
Faktla bağlı araşdırma aparılır.