Çinin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə bu gün baş tutan brifinqdə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin bildirib.
Onun sözlərinə görə, Van İ Bakıda Çin sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək.
"Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Çin sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində iştirak edəcək. Oktyabrın 14-dən 20-dək Van İ həmçinin Azərbaycana, Xorvatiyaya, Monteneqroya və Bolqarıstana səfər edəcək", - Mao Nin bildirib.