İran və İsrail arasındakı gərginlikdən sonra Hörmüz boğazına mümkün zərbələrin endirilmə ehtimalı İranın xarici işlər naziri Abbas Araqçi ilə müzakirə edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun brifinqdə bildirib.
O deyib ki, hadisələrdən dərhal sonra Çin və İranın xarici işlər nazirləri arasında telefon danışığı baş tutub:
“Çin yaranmış vəziyyətlə bağlı İran tərəfi ilə təmasları davam etdirir” – deyə, Q. Jiakun vurğulayıb.
Çin XİN-in rəsmisi, eyni zamanda, ölkəsinin regionda gərginliyin azaldılması üçün İran və digər maraqlı tərəflərlə əlaqələrin gücləndirilməsində maraqlı olduğunu da açıqlayıb.