Operativ Məlumat Mərkəzi

Çin Ukrayna ilə bağlı Səudiyyə Ərəbistanında keçiriləcək toplantıya qatıla bilər

1 dəq
Paylaş:
Çin Ukrayna ilə bağlı Səudiyyə Ərəbistanında keçiriləcək toplantıya qatıla bilər
bu barədə “The Wall Street Journal” gündəlik nəşri Avropa və ABŞ-dakı mənbələrinə istinadən yazıb. Nəşrin sözlərinə görə, Çin Xalq Respublikası...

Çin Ukrayna ilə bağlı Səudiyyə Ərəbistanında keçiriləcək məsləhətləşmələrdə iştirak edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Wall Street Journal” gündəlik nəşri Avropa və ABŞ-dakı mənbələrinə istinadən yazıb.

Nəşrin sözlərinə görə, Çin Xalq Respublikası Hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huinin Səudiyyə Ərəbistanı Krallığına gedəcəyi gözlənilir.

Bildirib ki, indiyə qədər Çin rəsmiləri həmin sammitdə iştirak etməyəcəklərini bəyan ediblər və əgər Çin öz mövqeyini dəyişsə, bu, ciddi dəyişiklik olacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 5-6 avqust tarixlərində Ciddə şəhərində Ukrayna üzrə sülh danışıqları keçirməyi planlaşdırır. Görüşə 30 ölkədən yüksək rütbəli rəsmi şəxslər gələcək, lakin Rusiya bu siyahıda yoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər