Çin rəsmiləri ilk dəfə olaraq açıq şəkildə etiraf ediblər ki, “Long March 6A” kosmik raketi partlayış nəticəsində orbitdə parçalanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" Çin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
"Long March 6A" avqustun 6-da Çinin şimalındakı Taiyuan peyk buraxılış mərkəzindən buraxılıb. Raket 18 internet peykini orbitə çıxarıb. Qısa müddət sonra raketin yuxarı hissəsi parçalanıb və nəticədə təxminən 50 ədəd bulud yaranıb.
"Bloomberg"in məlumatına görə, Çin dövlət mediası buraxılışdan danışarkən fövqəladə haldan bəhs etməsə də, xəbər sosial şəbəkələrdə və məşhur internet saytlarında sürətlə yayılıb. Çin Xarici İşlər Nazirliyi raketin parçalandığını təsdiqləməli olub.
Nazirlik Pekinin lazımi tədbirlər gördüyünə, trayektoriyanı yaxından izlədiyinə və məlumatları təhlil etdiyinə əmin edib.