Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq sentyabrın 4-6-da Çin-Afrika Əməkdaşlıq Forumunun (FOCAC) sammitinin keçiriləcəyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.
Çin-Afrika Əməkdaşlıq Forumunun sammiti Pekində keçiriləcək.
Sammitdə "ortaq gələcəyi olan yüksək səviyyəli Çin-Afrika icmasının modernləşdirilməsi və yaradılması istiqamətində səylərin birləşdirilməsi" müzakirə olunacaq.