Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğını nəticəsində 2 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Çilinin mərkəzindəki Valparaiso bölgəsində baş verən meşə yanğınları evlərə də keçib. Milli Fəlakətin Qarşısının Alınması və Cavab Xidməti (Senapred) qırmızı xəbərdarlıq edərkən, bəzi bölgələr boşaldılıb.
Çili prezidenti Qabriel Boric açıqlamasında bölgədəki yanğında 20 evin külə döndüyünü bildirib.
Çilidə meşə yanğını baş verib
1 dəq