Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

FIFA qərarı: 2029-cu ildə U-20 dünya çempionatı Ermənistan və Gürcüstanda keçiriləcək

2 dəq
Paylaş:
FIFA qərarı: 2029-cu ildə U-20 dünya çempionatı Ermənistan və Gürcüstanda keçiriləcək

Federasiyaları Assosiasiyası (FIFA) 2029-cu ildə 20 (U-20) arasında keçiriləcək dünya çempionatının ev sahiblərini müəyyənləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Vankuverdə baş tutan İcraiyyə Komitəsinin iclasında və Gürcüstanın turniri birgə keçirmək üçün etdiyi müraciət təsdiqlənib.

Futbol Federasiyasının yaydığı məlumata görə, bu hadisə ölkə futbolu üçün misilsiz bir addımdır. İlk dəfə olaraq Ermənistan dünya səviyyəli irimiqyaslı futbol turnirinə ev sahibliyi edəcək.

Layihə çərçivəsində Gürcüstanla sərhədə yaxın ərazilərdə, xüsusən də Lori vilayətində (Dilican və İcevan şəhərləri yaxınlığında) iki yeni stadionun inşası nəzərdə tutulur.

İlkin planlara əsasən, dünya çempionatının matçları Ermənistanda dörd fərqli arenada baş tutacaq. Yeni tikiləcək idman qurğuları ilə yanaşı, İrəvandakı Respublika stadionu da oyunları qəbul edəcək. Bundan əlavə, yaxın vaxtlarda Milli stadionun inşası ilə bağlı yekun layihənin də təsdiqlənməsi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax