Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artır

2 dəq
Paylaş:
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artır

İsrail silahlı qüvvələri gecə saatlarında Livan ərazisinə 20-dən çox hava zərbəsi endirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Al " telekanalı məlumat yayıb.

Məlumata görə, hücumlar əsasən Beyrutun Dahiya bölgəsinə və Litani üzərindəki Əl-Qasamiya körpüsünə yönəlib.

"Al-Jazeera" telekanalının Livanın müdafiə xidmətinə istinadən verdiyi xəbərə görə isə, İsrailin dünənki genişmiqyaslı hücumları nəticəsində 250-dən çox insan həyatını itirib, 1165 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan əvvəl Livanın 112 nəfərin öldüyünü və 837 nəfərin yaralandığını açıqlamışdı.

Qeyd edək ki, aprelin 8-də İsrail aviasiyası Beyrutun mərkəzi rayonlarına və cənub ətraflarına da zərbələr endirmişdi.

"Hizbullah" hərəkatı mülki vətəndaşların ilə nəticələnən bu hücumlara cavab verəcəyini bəyan edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax